Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qarabağda irəliləyiş barədə danışarkən nəyi nəzərdə tutduğu hələ Kremlə məlum deyil.
Teleqraf.com xəbər verir ki, Dmitri Peskov bunu “RİA Novosti”yə açıqlamasında deyib.
O, Kremlin bu qiymətləndirmə ilə razı olub-olmadığına dair sualı belə cavablandırıb: “Biz hələ bilmirik”.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Qarabağla bağlı “çox yaxşı irəliləyiş” əldə edildiyini bildirmişdi.