“Dünən azərbaycanlı qardaşlarımız qətlə edilərkən gözləri kor, qulaqları kar, dilləri lal izləyirdilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son duruma diqqət çəkib:
“Makron adlanan məxluqun İslamla, müsəlmanlarla nə dərdi var? Makronun əqli müalicəyə ehtiyacı var. İnanc azadlığından, öz ölkəsində yaşayan milyonlarla fərqli inanclı insanların inanclarından, azadlıqlarından başqa nə ad vermək olar? Buna görə də, onun əqli baxımdan nəzarətə ehtiyacı var?
Sən Ərədoğanla döyüşürsən! Bu sənə heç nə qazandırmayacaq. Bir il sonra seçki olacaq, görəcəyik. Yolunun uzun olacağını düşünmürəm, çünki Fransaya nə qazandırdın ki, özü də nə qazansın.
Azərbaycandakı fəlakətin, işğalın arxasında da onlar dayanır. Sən Minsk qrupunda yer alırsan. Bu günədək nə etmisən? Heç nə, Azərbaycan ərazilərini işğaldan qurtarmadınız. Ancaq ermənilərə silahlar göndərirsiniz. Bu silahlarla sülh istəyirsiniz. Çünki dürüst deyilsiniz. Türkiyə bu günədək azərbaycanlı qardaşlarının yanında oldu, sonadək də olacaq.
Ermənilərin hücuma ilə başlayan işğal azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsinə dönüb, onlar torpaqlarını işğaldan azad etmək mübarizə aparırlar.
Dünən telekanalda evləri bombalanan Nigar qızımızın çıxışını izlədim. Nigar qızımız gözləri yaşlı oradakı dərdlərindən danışırdı. Biz onları gözləri yaşlı qoymayacağıq. İnanıramki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq.
Dünən azərbaycanlı qardaşlarımız qətlə edilərkən gözləri kor, qulaqları kar, dilləri lal izləyirdilər. İndi də “qarşıdurmanı dayandırın” çağırışı edirlər, bu riyakarlığın pik həddidir. Qardaşlarımıza hər cür dəstəyi verəcəyik”.