31 Oktyabr 2020 13:00
6 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan Azərbaycan əsilli məşhur aktyor Tamer Qaradağlı ölkəmizə dəstək olub.

Teleqraf.com xəbər verir ki, Tamer Qaradağlı "ATV səhər" verilişində bu sözləri deyib: "Biz Azərbaycanı başqa bir ölkə olaraq görmürük. Azərbaycan bizim qardaşımızdır. Hər zaman deyirik ki, bir millət, iki dövlətik. Bu çox önəmli fikirdir. Biz birlikdə daha güclüyük. Və Azərbaycana nə vaxt gəlsəm, mehriban və səmimi sevgi ilə qarşılaşıram.

Mən Azərbaycan əsilliyəm. Babam Azərbaycandan Türkiyəyə gəlib. Ona görə də Azərbaycana gələn zaman özümü başqa ölkədəki kimi deyil, öz Vətənimdə hiss edirəm. Nənəm Gəncədəndir.
Uşaqlığımızda Azərbaycanın nə qədər gözəl ölkə olduğunu danışırdılar. Mən Azərbaycana bir az gec gəldim, bundan üç-dörd il əvvəl. Özümü öz evimdəki kimi hiss edirdim, dilimiz, yeməklərimiz, insanı münasibətlərimiz çox yaxındır".

Aktyor ermənilərin Gəncədə dinc əhalini atəşə tutmasını da pisləyib: "Bunu qəbul etmək mümkün deyil. Müharibənin bəlli qanunları var, dinc əhaliyə, qadınlara, uşaqalara toxunmaq olmaz".

Tamer Qaradağlı onu da deyib ki, Azərbaycan Ordusuna könüllü qatılmaq istəyir: "Amma yaşıma görə çağırmazlar. Təbii ki, orduya könüllü qatılaram. İşğaldan azad edilmiş torpaqları görmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımın yanındayam. Bu hər zaman belə olacaq. Necə ki, siz hər zaman bizim yanımızdasınız. Azərbaycan mənim baba torpağımdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər