4 Noyabr 2020 16:50
4 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

13:24

Alman jurnalist, “Bild” qəzetinin siyasət şöbəsinin məsul redaktoru, konfliktologiya üzrə analitik Culian Repke (Julian Röpcke) erməni millətçilərini işğalçı Ermənistan silahlı qüvvələrinin hazırda Azərbaycan ərazisində döyüş əməliyyatları apardığını etiraf etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Ciddi olun, əziz ermənilər. Mənə “etnik təmizləmə”dən və “Vətəninizi necə müdafiə etdiyinizdən” danışmağı dayandırın. Siz Azərbaycan torpağında vuruşursunuz, oradan yüz minlərlə insanı qovmusunuz”, – deyə jurnalist bildirib.

O, tvitinə Ağdamın işğaldan əvvəlki və sonrakı (bu günümüzə qədər) fotosunu sancaqlayıb: birinci fotoda çiçəklənən şəhər, ikincidə şəhərin xarabalığa çevrildiyi və tərk edildiyi əks olunub.

“Və məhz buna görə də öz ərazilərini qorumaq (necə ki bunu Azərbaycan edir – S.Həmid) tamamilə normaldır”, – deyə jurnalist qeyd edib.

“Mənə (və bütün dünyaya) yazıq, qurban olduğunuzu və bu “azərbaycanlı terrorçular”ın sizə niyə hücum etdiyini başa düşmədiyinizi söyləməyi dayandırın. Siz onların torpaqlarında mübarizə aparırsınız. Əksinə yox. #Agdam – sizin etdiyiniz işlərə yaxşı bir nümunədir və əvvəlki kimi hər şeyin yaxşı olması üçün müdafiə olunur...” – Repke əlavə edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər