21 Noyabr 2020 15:15
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Dağlıq Qarabağda sülhün qorunmasını ölkəsinin prioritetlərindən biri adlandırıb. O qeyd edib ki, Rusiya bölgədə sabitliyi gücləndirmək üçün bütün tədbirləri görür.

Teleqraf.com xəbər verir ki, Sergey Şoyqu bu fikirləri erməni həmkarı Vaqarşak Arutyunyanla bu gün İrəvanda keçirdiyi görüşü zamanı söyləyib.

“Dağlıq Qarabağda sülhün qorunmasını öz prioritetlərimizdən biri hesab edirik. Biz bölgədə sabitliyi möhkəmləndirmək üçün bütün tədbirləri görürük. Siz artıq bölgədə aparılan bir sıra işləri qeyd etdiniz: bu, ölənlərin cəsədlərinin mübadiləsidir, hazırda əsirlərin və saxlanılanların mübadiləsi ilə bağlı fəal iş aparılır ki, onlar öz evlərinə, doğmalarının və yaxınlarının yanına qayıda bilsinlər”.

Rusiyanın müdafiə naziri daha sonra deyib: “Əsas odur ki, təxribatları istisna etmək üçün Dağlıq Qarabağda atəşkəs rejiminə ciddi əməl olunsun. Sizdən buna ciddi nəzarəti təşkil etməyinizi xahiş edirəm”.

Şoyqu, həmçinin hazırda bölgənin tibb, nəqliyyat, enerji və qida ilə əlaqəli həyati məsələlərin ön plana çıxdığını, buna görə də hərbi məsələlərlə məşğul olmayan bir heyətin İrəvana gəldiyini vurğulayıb.

“Sizinlə işimiz onların təhlükəsiz işləməsini təmin etməkdir. Düşünürəm ki, birgə səylər göstərərək üçtərəfli bəyanatda qeyd olunan fikirləri yerinə yetirə biləcəyik. Bu gün mövcud olan kövrək sülhü heç kimin pozmasına icazə verməməliyik. Əminəm ki, sülh bölgədə gündən-günə daha da güclü olacaq”, – deyə S.Şoyqu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər