22 Noyabr 2020 21:57
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk əsgər istənilən halda Qarabağda olacaq. Biz onsuz da oradayıq. Azərbaycanla xüsusi münasibətlərimizdən dolayı, hərbi əməkdaşlıq və iş birliyi müqavilələrimizin tarixi qədimdir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Kalın NTV kanalının canlı yayımında deyib.

Türkiyənin tarazlıq faktoru olaraq Qarabağda olmasının Avropa Birliyi və NATO üçün son dərəcə əhəmiyyətli olduğunu deyən Kalın bildirib:

“Qarabağ məsələsinə görə bizi tənqid edirdilər. Razılaşma əldə olundu, amma ruslar önə çıxdı. Rus əsgərləri orada 5+5 il qalacaqlar. Mən də bunu dedim: əgər rus əsgərinin varlığından narahat idinizsə, niyə bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin. Ermənistan oradakı rus hərbçilərini çıxarsın. Rus əsgərləri Qafqaza və ya Ermənistana yeni gəlmədi ki, onlar illərdir, oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ atəşkəsə cəhd etdi, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Fransa hansısa bir təkliflə gəldimi? Avropadan, NATO-dan və ya Avropa Birliyindən hansı münasib təklif gəldi ki, biz onu rədd etdik? Amma Rusiya ilə bu 30 illik münaqişəni həll edəcək bir razılaşma barədə anlaşdıq. İndi türk əsgər də orada olacaq. Türk əsgərləri müşahidəçi qüvvə kimi orada olacaqlar. Bu, Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər