14 Fevral 2021 12:59
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində aparılan axtarış işləri nəticəsində daha 4 erməni hərbçisinin cəsədə aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndindəki separatçı rejim məlumat yayıb.

Cəsədlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Axtarış işləri sabah davam edəcək.

Qeyd edək ki, atəşkəs anlaşmasının əldə olunmasından bəri bölgədə ümumilikdə 1378 erməni hərbçisinin cəsədi tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu