3 Avqust 2021 23:39
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 3 hərbçisinin qalıqları tapılıb.

Bu barədə Teleqraf.com news.am”a istinadən xəbər verir.

Onların qalıqları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib. Beləliklə, bu gün Azərbaycan ərazisində ümumilikdə 6 erməni hərbçinin qalıqları tapılıb.

Qeyd edilir ki, erməni hərbçilərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da 2020-ci ilin 13 noyabrından Azərbaycan ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 629 nəfərə çatıb.


Müəllif: Teleqraf.com