Rusiya sülhməramlıları ilə Ağdərədə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında insident baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Qarşıdurmada 3 sülhməramlının yaralandığı bildirilib.
Məlumata görə, olay Ağdərədə baş verib. İnsidentin sülhməramlıların separatçı birləşmələrin Ağdərədə qurduqları bir postdan çıxmaq tələbindən sonra baş verdiyi bildirilib. Polkovnik Karen Calavyanın rəhbərliyindəki qanunsuz silahlılar sülhməramlıların tələbini yerinə yetirməyib. Bundan sonra baş verən insidentdə Rusiya sülhməramlı kontongentinin 3 hərbçisi yaralanıb.
İnsidentdən sonra sülhməramlıların məlum postu dağıdaraq silahlıları oradan çıxardıqları bildirilib.