24 Noyabr 2021 20:25
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə müasir sosial xidmət infrastrukturunun qurulması, reabilitasiya, peşə hazırlığı müəssisələrinin yaradılması təmin ediləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin ərazilərdə məşğulluğun təmin olunması və kiçik bizneslərin yaradılması üçün geniş özünüməşğulluq proqramları icra olunacaq.

"Nazirliyimiz post-müharibə dövründə çox ciddi sosial dəstək proqramları həyata keçirib. Bu proqramlar şəhid ailələrini, müharibə əllilərini, müharibə iştirakçılarını, erməni terrorundan əziyyət çəkən insanları əhatə edir. Post-müharibə dövründən bu günə qədər qeyd etdiyim kateqoriyadan olan 33 min vətəndaşımıza 41 mindən artıq xidmət göstərilib. Şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəkdən danışarkən ilk növbədə qarşıda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır” - deyə, nazir müavini bildirib.


Müəllif: Teleqraf.com