5 Oktyabr 2022 11:46
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib.

"Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb", - Prezident İlham Əliyev bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər