5 Dekabr 2022 23:55
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qismən tıxac yaranıb.

Teleqraf.com xəbər verir ki, yağan qar və soyuq hava səbəbindən avtomobillərin hərəkəti çətinləşib.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.


Müəllif: Teleqraf.com