7 Dekabr 2022 16:17
5 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhmərmalılarının azərbaycanlı jurnalistləri Xocalıya buraxmaması ərazi bütünlüyümüzə qarşı qəsddir. “İctimai” televiziyanın jurnalisti kifayət qədər intellektual, hüquqi formada izah və bir az da riskli formada hərəkət etdi. Amma onlar başa düşmək istəmədilər, inadlarından dönmədilər. Bir azərbaycanlının vətəndaşlıq, bir jurnalistin informasiya əldə etmək və yaymaq hüququnu pozdular.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, bizim ölkəmizdə hara və necə getmək hüququmuz konstitusiya ilə təsbit olunur:

“Hətta günü sabah gedib Xocalıda, Xankəndidə yaşaya da bilərik. Rus sülhməramlıları bizi ora buraxmamağa yox, bizim orada təhlükəsizliyimizi təmin etməyə borcludur. Amma əksini yaşayırıq. Heç qonaq, jurnalist, turist kimi belə bizi ora buraxmırlar. İrandan gələn təxribatçılar isə şellənə-şellənə Xankəndiyə gedirlər. Onlara qanunsuz erməni hərbi birləşmələinə təlim keçmək üçün şəarit yaradılır. O birləşmələr ki, 10 noyabr bəyanatına görə sülhməramlılar əraziyə gəldikdə ilk işləri onları tərksilah etmək olmalıydı. İndi bunlar sülhmərmalıdırlarmı?

İlk gündən deyirik ki, sülhməramlılar özlərini təyinatlarına görə yox, Xankəndi və ətrafında Rusiyanın zorla yerləşdirdiyi ermənilərin qəyyumu, himayəçisi kimi aparırlar. 44 günlük müharibə zamanı nəinki ətrafda, heç Xankəndidə belə erməni yox idi. Qorxularından qaçıb getmişdilər, zorla qaytardılar. İndi də onların himayəçisi, təminatçısı rolundadırlar.

Faktdır ki, rus sülhməramlıları ermənilərdən daha çox təxribat törədirlər. Azərbaycan ordusunun Azərbaycan-Ermənistan sərhədindən kənarda dislokasiya olduğu əraziləri də atəşə tutmaqda qanunsuz erməni hərbi birləşmələrinə onlar dəstək verirlər”.

Rəfail Becanov hesab edir ki, bu gün baş verənlər təxribatda kuliminasiyadır:

“Sülməramlılar sülh yaratmaq, inteqrasiyanı deyil, ermənilərin maraqlarının təminatçısı funksiyasındadır. Ermənilərin yaşadıqları kəndlərdə paylanan ərzaqlar, məktəblərə odun daşınması, su paylanması və sair kimi bütün fəaliyyətlər də sübut edir ki, onların məqsədi nədir və nə etmək istəyirlər.

Real vəziyyət odur ki, sülhməramlılar öz işlərini görmür. Sülhməramlıların komandiri Volkovun qanunsuz əməlləri, bölgədəki sərvətlərimizi ermənilərlə birgə talaması ilə bağlı dəlilli-sübutlu faktlar Azərbaycan mediasında da yayılıb. Azərbaycan ilk növbədə komandanın dəyişdirilməsi ilə bağlı Rusiya hakmiyyəti qarşısında konkret məsələ qaldırmalıdır. Növbəti mərhələ isə sülhməramlıların xidmətindən imtina etmək və sülh, interqarsiya üçün eyni sayda olmaqla Rusiya və Türkiyə əsgərlərinin sülhməramlı statusunda bölgədə görəvləndirilməsi ilə bağlı məsələdir”.


Müəllif: Mənsur Rəğbətoğlu