16 Dekabr 2022 11:51
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq 5-ci gündür ki, QHT nümayəndələri və müxtəlif sahələri əhatə edən fəallar etiraz edərək, qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə son qoyulmasını tələb edirlər. Azərbaycan öz ərazilərinə nəzarət edir və bərpa işləri aparır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Qarabağda müvəqqəti yerləşən sülhməramlıların ermənilərin özbaşınalıqlarına göz yumduqlarını müşahidə edərək səsimizi çıxarmaya bilmərik:

“10 noyabr bəyannaməsinin bəndləri yerinə yetirilmir. Beynəlxlaq icitmaiyyətin bu məsələyə birtərəfli yanaşması Ermənistanı ruhlandırır və erməniləri yeni cinayətə sövq edir. Laçın yolunda dövlətimizin nəzarət keçid məntəqələri yaradılmalıdır. Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinin vaxtı gəlib çatıb”.

Deputat Hikmət Babaoğlu isə Qarabağla bağlı təklif irəli sürüb.

O təklif edib ki, "Azəriqaz" və "Azərenerji" Qarabağdan keçən və istismar müddəti başa çatan boruların, elektrik naqillərinin monitorinqini aparsın:

"Ermənilərin vurduğu zərərin nəticəsində Qarabağda və Şərqi Zəngəzurda su ehtiyatı 17 faiz azalıb. Köhnəlmiş borular yanğına səbəb ola bilər. Bu hal həm su ehtiyatlarına, həm də ekoloji problemlər yaratmaqla faciələrə səbəb ola bilər. Eyni zamanda köhnə naqillərin qırılıb düşməsinin də yanğınlara səbəb olması mümkündür. Bu qurumların da belə yoxlamalar aparması həm problemlərin qarşısına öncədən almağa, həm də hazırda Laçın yolunda aksiya keçirən ekofəalların təşəbbüsünə dəstək olar".


Müəllif: Nemət

Oxşar xəbərlər