Dekabrın 25-də separatçılar Xankəndidə mitinq keçirəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr mitinqin saat 14:00-a təyin olunduğunu yazıb.
Qərarın Laçın yolunda baş verən son gəlişmələrlə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, separatçı Ruben Vardanyan bundan əvvəl Xankəndidə Azərbaycan əleyhinə “kütləvi mitinq” elan etsə də, bu “təşəbbüs”ü fiasko ilə nəticlənmişdi. “İzdihamlı mitinq”ə cəmi 100-150 nəfər qatılmışdı.