2 Fevral 2023 23:29
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ərzində Şuşadan keçən Xankəndi-Laçın yolunda, ümumilikdə, 95 nəqliyyat vasitəsinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin Laçından Xankəndi və əks istiqamətə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Həmin nəqliyyat vasitələrinin 81-i Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, minik və yük avtomobilləri olub.

Yolda maneəsiz hərəkət edən digər nəqliyyat vasitələri isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus olub. Onlar 6 minik və 1 yük avtomobili olmaqla səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edib.

Daha sonra BQXK-yə məxsus həmin sayda avtomobillər əks istiqamətə geri qayıdıblar.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər