Böyük Britaniyada formalaşan və tərkibinə 12 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsündə olublar.
Teleqraf.com xəbər verir ki, səfər səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura üç günlük səfəri çərçivəsində baş tutub.
Qonaqlara Xudafərin körpüsünün tarixi haqqında məlumat verilib.
Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.//report.az