2 Mart 2023 16:28
7 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan danışıqlarında “Qarabağın statusu” məsələsi müzakirə edilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan deyib.

“Qarabağın statusu” və “öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı çıxışımdan sonra kifayət qədər yüksək rütbəli Avropa rəsmisi açıq formada bizə dedi ki, cənab Mamicanyan, sizin mövqeyinizi bilirik, amma məsələ bu deyil, Nikol Paşinyan uzun müddətdir “status”la bağlı heç bir danışıqlar aparmır və davam edən danışıqlar tamamilə Qarabağın Azərbaycanın bir hissəsi kimi gələcəyinə əsaslanır. Kim dediklərimi inkar etməyə cəsarət edərsə, adlar çəkilə bilər”, - deputat bildirib.

Mamicanyan qeyd edib ki, söhbət Avropa Parlamentinin sessiyasından gedir:

“Həmin iclasda digər deputatlar da iştirak edirdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər