27 Aprel 2023 11:35
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xankəndi ətrafında halqa daralır və Ruben Vardanyan ruslardan imdad diləməkdən başqa çıxış yolu tapmır”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert separatçı Ruben Vardanyanın Laçın yolundakı son durumla bağlı fikirlərinə diqqət çəkib:

“Ruben Vardanyanın sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanlığına “mövqeləri” barədə məlumat verilib, həmçinin onlara bildirilib ki, onlardan “dəhlizin blokadası”nı açmaq üçün konkret addımlar gözləyirik, bu durumda dəhlizdən istifadə etməyəcəklər. Guya ki, əvvəl istifadə edə bilirdilər. Laçın-Xankəndi yolundan erməni seperatçılarının istifadə etməmələri Azərbaycan maraqlarına zidd deyil.

İkincisi, Vardanyan söyləyir ki, bu məsələdə güzəştə getmək olmaz, Ermənistana heç bir məhdudiyyət olmadan birbaşa və sərbəst giriş onların əsas şərtimizdir. Görünür, Ruben Azərbaycana qarşı şərt irəli sürməyin nə qədər təhlükəli addım olduğunu hələ anlamayıb.

Üçüncüsü, Ruben qeyd edir ki, “hüquqlarını və ləyaqətlərini” qorumaq üçün hər şeyi edəcəklər: “Rusiya sülhməramlı kontingenti və beynəlxalq ictimaiyyət tərəfindən heç nə dəyişdirilə bilməsə, həmvətənlərimizin qanuni maraqları, əlimizdə olan dinc digər vasitələr əsasında hərəkət etmək hüququnu özümüzdə saxlayırıq”.

Əlbəttə, əlində olan bütün vasitələrdən istifadə etmək təcrübənizin acı nəticələrini dünya hələ unutmayıb. Bu hüququnuzun təkrar tətbiq etməyinizi yenə də səbirsizliklə gözləyirik. Əmin olun ki, həmin vasitələrin son təyinatını əsgərimiz saatlar içində dəyişib, lazım olan edəcək.

Ədalət Verdiyev Vardanyanın indiyədək verdiyi vədlərin heç birini yerinə yetirə bilmədiyini vurğulayıb:

“Vardanyan təzə gələndə Qarabağ ermənilərinin gözünə “Rembo” kimi görünmək üçün tez-tez “istefa verməyəcəm”, “vəzifəmdə qalacam”, “Qarabağ xalqı sizinləyəm”, “Mən sizinlə qalmağı seçirəm”, “Qarabağı ən yaşamalı yerə çevirəcəm” və sair kimi pafoslu açıqlamalarla onlara şirin vədlər verirdi. İndi isə Xankəndi ətrafında halqa daralır və Ruben ruslardan imdad diləməkdən başqa çıxış yolu tapmır. Ruslar isə bizim sərhədçilərdən şikayətçidir.

Deməli, nə Ruben, nə də Rusiya sülhməramlı kontingenti Qarabağda “hədəflər”inə çata bilir. Bu, orada yaşayanları dərindən düşündürməlidir, birdəfəlik anlamalıdırlar ki, Qarabağ ermənilərinin xilaskarı nə Rubendir, nə də İvandır. Onların tək xilaskarı Azərbaycandır. Bu, aksiomanı qəbul edənlər Qarabağda qala bilərlər, qəbul etməyənlər isə çıxıb cəhənnəmə qədər gedə bilərlər: çemodan-Qafan-İrəvan-Tehran”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər