23 May 2023 11:21
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Artsavik Minasyan Ermənistan parlamentinin iclasında spiker Alen Simonyandan Baş nazir Nikol Paşinyanın dünən mətbuat konfransında səsləndirdiyi fikirlərlə razı olub-olmadığını soruşub.

Teleqraf.com xəbər verir ki, spiker baş nazirin fikirlərini bölüşdüyünü deyib.

“Əgər mənim şəxsi fikrimlə maraqlanırsınızsa, o zaman baş nazirin dünən söylədiyi fikirləri tam bölüşürəm”, - Simonyan deputata cavab verib.

Nikol Paşinyan dünənki mətbuat konfransında Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını demişdi. Ermənistan baş nazirinin açıqlaması ölkəsində müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər