31 Avqust 2023 15:57
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus nəqliyyat vasitələri keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 30 şəxs olub.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər