Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) 97-ci ildönümü ilə bağlı tədbirdə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri çıxışında Azərbaycanın 44 günlük müharibədəki zəfərini də xatırladıb.
“Ölkəmizin maraqlarını həm diplomatik, həm də hərbi cəhətdən müdafiə edirik. Keçirdiyimiz əməliyyatlarımız buna misaldır. Azərbaycanlı qardaşlarımızla Qarabağın işğaldan azad edilməsi də onlardan biridir. Egeydən Aralıq dənizinə, Şərqi Aralıq dənizinə qədər Mavi Vətəni qorumaq iradəmiz bunlardan biridir. Ölkəmizin əldə etdiyi nailiyyətlər təsadüfi deyil. Ordumuzun və xarici işlər orqanlarının, xüsusilə MİT-in çox böyük zəhməti və alın təri var”, - Ərdoğan bildirib.