26 Sentyabr 2017 08:59
2 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Ehtiram İlhamın “Üç-dörd il də sağ qalsam” şeiri:

Mən geyinə bilmədim atamın paltarını,

Sən geyinə bilərsən...

üç-dörd il də sağ qalsam.

Eynimə almamışdım heç vaxt dünya varını,

Tək bircə arzum vardı -

o da gözümdə qalan.

Mən onda balacaydım...

elə istəyirdim ki,

Böyüyüb onun təki bir geyinəm-keçinəm.

Bir məni də çəkələr yuxarı, atam kimi,

Oturub onun kimi mən də bir yeyəm-içəm.

Geyinmək istəyirdim onun geyindiyitək,

Sadə, təmiz, ütülü, şık -

boyuna yaraşan.

Vüqarlı, qaməti şax, şah yerişli...və titrək -

İşi-gücü, qayğısı, dərdi başından aşan.

Mən səndən balacaydım,

sən məndən böyüksən ta,

Ta atamın yaşını keçib adlamışam mən.

Mən heç vaxt deyəmmədim:

- Qoy bunu geyim , Ata!

Sən rahatca deyərsən...

qismət olsa ömürdən.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər