Rusiyanın xalq artisti, “Qorxma, mən səninləyəm” filmi ilə məşhurlaşan Muxtarbəy Kantemirov 83 yaşında Moskvada vəfat edib.
Teleqraf.com xatırladır ki, M.Kantemirov 18 fevral 1934-cü ildə peşəkar sirk ustasının ailəsində dünyaya gəlib. Onun atası Əlibəy Kantemirov Rusiyada ilk at sirkinin – “Osetiya igidləri”nin yaradıcısıdır.
M.Kantemirov əvvəlcə sirk artisti, kaskakdyor və atların iştirak etdiyi teatrın yaradıcısı olub. Ona aktyor kimi Yuli Qusmanın çəkdiyi sovet macəra filmi – “Qorxma, mən səninləyəm!” şöhrət gətirib. O, 2011-ci ildə çəkilən “Qorxma, mən səninləyəm! 1919” filmində də rol alıb.