Rusiyanın korifey müğənnisi Leonid Aqutin yubileyini Bakıda keçirəcək.
Teleqraf.com xəbər verir ki, Rusiyanın əməkdar artisti Leonid Aqutin 27 iyulda baş tutacaq “Jara-2018” beynəlxalq musiqi festivalında iştirak etmək üçün Bakıya gələcək. O, həmçinin əlli yaşını da Bakıda qeyd edəcək.
Qeyd edək ki, festival çərçivəsində Aqutinlə bərabər, Rusiyanın başqa məşhur müğənnisi Valeriya da Bakıda olacaq və onun da 50 illik yubileyi qeyd olunacaq.