2018-ci ildə qarışıq rəngli geyimlər üstünlük təşkil edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında modelyer Elnarə Bəkirova deyib.
Onun sözlərinə görə, insanların yalnız bir rəngə üstünlük verməsi düzgün deyil:
"Bu il qarışıq və biri-birinə oxşar tonlar dəbdə olacaq. Son dəfilələri izləsək, qarışıq rənglərin dəbdə olduğunu görə bilirik.
Fikrimcə, Azərbaycan qadınları rəng çalarlarını qarışdırmaqdan çəkinirlər. Bu səbəbdən çox zaman bir ton geyimlərə üstünlük verirlər. Bunu da düzgün hesab eləmək olmaz. 2018-ci il geyimlərində maraqlı rəng çalarları və kəsimləri öz yerini tutacaq".
Modelyer qeyd edib ki, xanmlar akssesuar seçimində də diqqətli olmalıdırlar:
“Akssesuarlar qadınların üz və bədən quruluşuna görə seçilməlirdir".