27 Mart 2020 12:45
3 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, "Qaya" vokal instrumental qrupunun üzvü Rauf Babayev vəfat edib.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı mərhumun vida mərasimi olmayacağı qeyd edilib.

Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

Qeyd edək ki, 82 yaşlı xalq artisti ürəyin işemik xəstəliyindən əziyyət çəkirdi.


Müəllif: Rəqsanə Həsənova