"Bu məsələyə çox ciddi yanaşıram. Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə özüm və ailə üzvlərim ilə yanaşı yaxın ətrafım da çox ciddi riayət edir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi Gövhər Həsənzadə deyib.
O, karantin dövründə insanları ehtiyatlı olmağa çağırıb:
"Hökumətin koronavirusla bağlı atdığı addımlar təqdirəlayiqdir. Mən bütün bu addımları dəstəkləyirəm. Hər birimiz sabaha tez bir zamanda sağlam şəkildə çataq və ümidimizi itirməyərək. Lazım olan bütün gigiyenik normalara və qaydalara əməl edək. Yenə də Azərbaycan xalqını diqqətli olmağa, evdə qalmağa, qanun-qaydalara riayət etməyə çağırıram! Daha məsuliyyətli, həmrəy olaq!".