Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bəhrəm Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır. Əvvəlki kimi ağciyəri süni ventilyasiya aparatına qoşulub və ECMO cihazına qoşulu vəziyyətdədir. Lakin son günlər istər ağciyər toxumasının vəziyyəti, istər laborator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.