13 Oktyabr 2016 08:17
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Blincam" şirkəti, sadəcə, göz qırpmaqla foto çəkməyə imkan verən kameranın istehsalı üçün "Indiegogo" saytında pul yığımına başlayıb.

İstənilən eynəyə qoşulan qurğu daxilində yerləşən sensorlar sayəsində gözün hərəkətini qeydə alır və gözü qırpdıqda qurğu tərəfindən çəkilmiş foto daxili "Bluetooth" sayəsində dərhal smartfona ötürülür.

Kameranın akkumulyatorunun avtonom iş vaxtı 8 saatdır və bu, qurğu sahibinin əla və qeyri-adi fotolar çəkməsi üçün kifayətdir.

"Bu kamera maraqlı və gözəl anları fotoaparatın nişanlayıcısı və ya smartfonun ekranı ilə deyil, öz gözləriniz ilə görmək üçün hazırlanıb – "Blincam" şirkətinin direktoru Şota Takase deyib.

Gələn ilin yayında qurğunun satışlarına başlamaq planlaşdırılır.

"ICTnews"


Müəllif:

Oxşar xəbərlər