14 Fevral 2017 08:54
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Agility Robotics” şirkəti iki ayağı üstə hərəkət edən “Kessi” (Cassie) adlı robotu təqdim ediblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, gələcəkdə bu robot insanları çətin gündəlik fəaliyyətdən azad edəcək.

“Kessi” 16 aylıq fəaliyyətdən sonra yaradılıb və 1 milyon dollara başa gəlib. Onun dizaynı heyvanın skeletinin quruluşu üzrə yaradılıb və özündə üç istiqamətdə hərəkət edən bud quruluşunu əks etdirir. Həmçinin insan topuqlarını xatırladan hərəkətləri var. Onların sayəsində robot dayana, yeriyə, həmçinin otura bilir.

“Kessi”nin tərtibatçıları inanır ki, gələcəkdə ayaqlı robot təkərli botların girə bilmədiyi yerlərə girə biləcək. O, döyüş meydanlarında hərbçilərə kömək edə, xilasetmə missiyalarında iştirak edə və gündəlik öhdəliklərindən biri alış-verişə də gedə biləcək.


Müəllif:

Oxşar xəbərlər