29 Mart 2017 01:51
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin fevralın 28-də Moskva körpüsündə öldürülən rusiyalı müxalifət lideri Boris Nemtsovun qatillərindən biri Anzor Qubaşev həbsxanada evlənmək istədiyini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı bu gün keçirilən məhkəmə iclasında istəyini dilə gətirib.

Məhkəmə Nemtsovun qatillərinin həbs müddətini iyunun 30-dək uzadıb.

Qeyd edək ki, cinayət işində adı keçən digər şəxs - Həmzət Baxayev də bir müddət əvvəl həbsxanada nikah bağlayıb.

Elvin


Müəllif:

Oxşar xəbərlər