Prezident seçkilərində təbii ki, məhşur sənət adamlarıda iştirak edirdilər. Reza Zərrabdan tutmuş Halit Ergencə qədər bir çox sənət adamları vətəndaşlıq borclarını yerinə yetirərək səs verdilər.
Cem Yılmaz səhər tezdən artıq seçki məntəqəsində olub və öz səsini verib. Mətbuata ancaq “ölkəmizə xeyirli olsun” deyib.
Kino sənətinin divalarından hesab olunan Fatma Girik də səs verənlər arasında idi. O, Bodrumda istirahətdə olduğundan elə səsi də oradakı seçki məntəqəsində verib və “prezidentin xalq tərəfindən seçilməsi çox gözəldir çünki xalq nə edərsə doğrusunu edər”- deyib.
Ölüm xəbəri ilə gündəmə gələn İbrahim Tatlisəs isə səs verərəkən izləyicilərinə mən ölməmişəm səs verirəm Allahın köməkliyi ilə deyə mesaj göndərib.
Son illərin ən məşhur sənətçilərindən biri Mustafa Cecəli də səs verənlar arasında olub. “İnşallah biz çox xoşbəxt və bəxtəvər bir ölkənin vətəndaşları olarıq” – deyə bildirib.
Ulduz mövqeyinə sadiq qalan Sezen Aksu məntəqənin bağlanmasına 5 dəqiqə qalmış səs verməyə gələ bilib. “Mən həmişə ara sakitləşəndən qələbəlik azalanda gəlirəm. Ölkəmizə xeyirli bir seçim olsun ” deyə bildirib.
Bir müddət öncə rüşvət və korrupsiya səbəbilə tutulan sonradan isə sərbəst buraxılan Reza Zərrab da səs verib. Mühafizəçilərinin müşayəti ilə səs verməyə gələn azərbaycanlı iş adamı kimə səs verdiniz sualına “Orada yalnız bir adamın adı vardı başqa namizəddə vardı?“ deyə cavab verib.
Türkiyənin ən məşhur cütlüyü Bergüzar Korel ve Halit Ergenç Beşiktaşdakı seçki məntəqələrinin birində səs veriblər. Halit bəy :"Hər kəs söyləmək istədiyi sözü burda söyləməlidir" deyə bildirib.
Ülkər