28 Noyabr 2014 03:04
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Forbes, Ferrari, The Daily Telegraph, The Independent, Əl Cəzirə, PC World, The Chicago Tribune və CNBC kimi dünyanın aparıcı nəşrlərin saytları hakerlərin hücumuna məruz qalıb.

Teleqraf.kom-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Webrazzi nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hücumlar “Suriya Elektron Ordusu” qruplaşması tərəfindən həyata keçirilib.

Ehtimala görə, hakerlər sosial şəbəkələrdə istifadə edilən Gigya servisini hack etməyə müvəffəq olublar. Nəticədə qeyd olunan servislə əlaqəli olan dünyanın aparıcı nəşrlərinin saytları da intensiv hücuma məruz qalıb.

İstifadəçilər qeyd olunan saytlara daxil olduqda “Siz Suriya Elektron Ordusu tərəfindən dağıdılmısınız” yazısı və ya bu təşkilatın gerbi ilə üzləşirlər.

Gigya servisi insident ilə bağlı heç bir şərh verməyib.

Hazırda qeyd olunan saytlar ştat rejimində çalışır.


Müəllif:

Oxşar xəbərlər