ABŞ-ın Curiosity aparatı Mars planetində bir vaxtlar su olduğunun sübutunu tapıb.
Teleqraf.com Vesti.ru saytına istinadla xəbər verir ki, “Qırmızı planet”dəki Qeyla katerində torpağı tədqiq edən aparat Marsın üzərində iri su hövzələrinin olduğunu təsdiqləyən nümunələr toplayıb.
Alimlər, həmçinin əvvəllər planetin səthində temperaturun müsbət olduğunu da güman edirlər.Bu fərziyyələrə Curiosity aparatı tərəfindən Şarp dağındakı suxurların öyrənilməsi əsas verib. Məlum olub ki, dağ suyun təsiri ilə yaranmış bir çox suxur qatlarından ibarətdir.
Alimlər ehtimal edirlər ki, 3,8 milyard il bundan əvvəl Şarp dağının yerində iri göl və ya göllər silsiləsi yerləşib.