24 Dekabr 2014 22:57
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Silk Way Cargo" yük aviadaşıyıcısı və ABŞ-ın "Boeing" şirkəti 2015-2016-cı illərdə 3 "Boeing 747-8" təyyarəsinin alışına dair müqavilə imzalayıblar.

Bunu çərşənbə günü T "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Müqavilə bu gün Bakıda imzalanıb. Həmçinin, bu gün AZAL-ın ABŞ şirkətindən əldə etdiyi yeni "Boeing B-787-8" (Dreamliner) təyyarəsinin qəbuletmə mərasimi keçirilib. Azərbaycan yaxın vaxtlarda bu tipli daha bir təyyarə alacaq.


Müəllif: