11 Yanvar 2015 14:37
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apple şirkəti indi də sağlamlığımızın qayğısına qalacaq. Şirkət bunu "ağıllı" saatlarla etməyi düşünür.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə şirkət yuxu araşdırmaları sahəsində dünyanın aparıcı mütəxəsislərdən olan Roy Reymanı işə götürüb. iWatch sensorlar vasitəsilə yuxu zamanı hərəkətləri izləyəcək və yuxu fazasını müəyyən edərək, insanı ən uyğun vaxtda oyadacaq.

Reyman Apple-dan öncə Philips şirkətinin araşdırma şöbəsində medikamentsiz yuxunun keyfiyyətinin artırılması metodları üzərində çalışıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər