Nyu-Yorkun Roçerster Universitetinin alimləri öz son kəşfləri ilə hər kəsi heyrətləndiriblər. Onlar üzərinə yönələn su damcılarını məsafədə saxlayaraq, uzaqlaşdıran yeni metal növü əldə ediblər.
Teleqraf.com-un məlumatına görə, yüksək hidrofobiyaya – suya qarşı böyük həssaslığa malik bu metalın tətbiqi elmdə, yeni texnologiyalar sahəsində böyük inqilablara gətirib çıxaracaq.
Belə materialın strukturunun yaradılması üçün xüsusi lazer texnologiyasından istifadə olunub. Yeni metalın real suya real təsiri alimlərin internetə yerləşdirdiyi iki videoda əyani şəkildə nümayiş etdirilir.
Nail Cəlil