Müasir sənət əsərlərinin hərracı Sotheby's satış evinə 200 milyon dollardan çox pul qazandırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, iyulun 1-də amerikalı rəssam Endi Uorholun "Bir dollar" adlı rəsm əsəri Böyük Britaniyanın paytaxtında keçirilən hərracda rekord məbləğə - 20,9 milyon funt sterlinqə (32,8 dollar) satılıb. Halbuki, təşkilatçılar onun 18 milyondan baha satılmayacağını düşünürdülər.
Ümumilikdə isə Sotheby's satış evində keçirilən hərraca çıxarılan sənət əsərləri təşkilatçılara 130,4 milyon funt sterlinq (204,7 milyon dollar) qazanc gətirib. Burada satışa çıxarılan digər lotlarla yanaşı, ingilis ekspressionist-rəssamı Frensis Bekonun "Avtoportret" (1975) və "Avtoportretə üç eskiz" (1980) əsərləri də öz alıcısını tapıb. Onlar müvafiq olaraq 15,3 və 14,7 milyon funt sterlinqə satılıb.
Rüstəm