11 İyul 2015 08:39
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlərin 95,3 faizi etiraf edib ki, xəstə vəziyyətdə işləyəndə öz pasiyentlərini riskə məruzə qoyurlar. Buna baxmayaraq, ötən il həkimlərin 83,1 faizi azı 1 dəfə işə xəstə vəziyyətdə gəlib.

530 tibb işçisi arasında aparılan sorğunun nəticələri belədir. Sorğuda iştirak edənlərin çoxu həmkarlarını pis vəziyyətdə qoymamaq üçün işə xəstə vəziyyətdə çıxmalı olub. Digərləri isə pasiyentlərinə görə narahat olublar və ya kollektivin qınağından çəkiniblər.

Mikrobioloq Çarlz Qerba vurğulayıb ki, hətta xəstəlik təzəcə hiss olunanda belə işə gəlmək təhlükəlidir. Çünki soyuqdəymə əlamətləri hiss olunmağa başlayanda xəstəlik daha yoluxucu olur. Üstəlik, belə vəziyyətdə işləmək xəstəliyi daha da ağırlaşdırır. Buna görə də vaxtında müalicə olunmaq lazımdır. Bir neçə gün yorğan-döşəyə düşməkdənsə, əvəzgün götürmək daha məsləhətlidir.

Alimlər cəmi bir hospitalın işçiləri arasında sorğu aparıblar. Bəlkə də digər tibb müəssisələrində vəziyyət başqa cürdür. Amma tədqiqatçıların fikrincə, bu sahədə dəyişikliklər pasiyentləri xəstəliklərdən, tibb işçilərini isə peşə azarından xilas edəcək.


Müəllif: