“Facebook” sosial şəbəkəsi əhatə dairəsini genişləndirmək üçün pulsuz internet təklif edəcək.
Bunun üçün sosial şəbəkənin “Internet.org” platformasının tərkibində yeni portal yaradılacaq. Portaldan inkişaf etməkdə olan 17 ölkədə istifadə ediləcək.
“Internet.org” platforması ötən il sosial şəbəkəyə 9 milyon yeni istifadəçi cəlb edib.