11 Sentyabr 2015 08:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup ABŞ mühəndisi infeksion toxuma xəstəliklərinin diaqnostikasını xeyli sürətləndirən aparat yaradıb. AZƏRTAC “Zee News”a istinadla xəbər verir ki, müasir qurğularda diaqnostikanın bir mərhələsinə bir saatdan çox vaxt tələb olunursa, yeni texnologiya bunun öhdəsindən 3,5 dəqiqə ərzində gəlir.

Yeni sistem bazardakı qurğudan tamamilə fərqlənir. Söhbət molekulyar DOTS QPCR diaqnostikasından – real zamanda zəncirvari polimeraza reaksiyasının (ZPR) miqdarından gedir. Ənənəvi ZPR yaxşı işləyir, amma çox vaxt tələb edir. Laboratoriyaların işi çox olduğu üçün həkimlər pasiyentdə bu və digər infeksiya barədə nəticəni 3-7 gündən sonra alırlar. Molekulyar DOTS qPCR diaqnostikası prosesi sürətləndirir və uçuzlaşdırır.

Alimlərin fikrincə, xəstənin biolojı materialının toplanmasına və öyrənilməsinə 10 dəqiqəyədək vaxt sərf olunmalıdır. Bu, infeksiyanı daha tez aşkar etməyə və məqsədyönlü müalicəyə başlamağa kömək edəcək.


Müəllif: