27 Noyabr 2015 08:06
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur mesajlaşma proqramı Vatsap daha bir yenilik edib.


Mesajları ulduzlayaraq ayrı-ayrılıqda istifadə etmək imkan verən xidmət artıq Android cihazlarda da tətbiq edilməyə başlanıb. İlk olaraq İOS əməliyyat sistemində istifadəyə verilən yeni xidmət artıq bu gündən etibarən Android sistemdə də işə salınıb.

Yeni xidmətin köməyi ilə hər hansı bir mesajı ulduzlamaqla sonradan həmin esajları asanca tapmaq mükün olacaq. Vatsapdakı yenilikdən istifadə üçün əvvəl mesajını yenidən görmək istədiyiniz şəxslə söhbət ekranını açmağınız tələb olunur. Daha sonra ulduzlamaq istədiyiniz hər hansı bir mesajın üzərinə bir müddət toxunmaqla onu "işarələnmiş mesaj” kimi qeydə ala bilirsiniz.


Müəllif: