Türkliyənin Dənizli şəhərində gözlənilməz hadisə baş verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlidə yaşayan 37 yaşlı Rıza suriyalı qadınla tanış olub. Bir neçə gün öncə cütlük ailə həyatı qurub. Özünü Fatma kimi təqdim edən gəlin toyun sabahı iki qohumu ilə birlikdə evdən qaçıb. O, gedərkən evdə olan 20 min lirə (434 manat) dəyərindəki qızıl və pulu götürüb.
Səhər yuxudan duranda olanları başa düşən Rıza polisə şikayət edib. Həmin qadın daha əvvəl Konyada eyni yolla başqa bir kişini aldadıb.
Əməliyyat keçirən polis qadınla birlikdə 8 nəfəri həbs edib. Hadisə ilə bağlı araşdırma davam edir.
Ramal