21 Yanvar 2016 16:29
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada bir qrup şəxs barda modeli qəddarcasına döyüb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskvada baş verib. Polis cinayətdə əli olanların şəxsiyyətini müəyyən etməyə çalışır.

İlkin məlumata görə, qadın modeli döyən şəxs özünü Maqomed kimi təqdim edib. Onun hadisəni kənardan izləyən dostunu isə “Don Korleoni” adlandırırlar. Yekaterina adlı model ona xəsarət yetirənlərin adlarını xatırlamağa çalışır.

Yekaterina ifadəsində bunları deyib:

"Maqomed məni "Rostov oğlanları" mahnısını oxumağa dəvət etdi. Sonra isə biz rəqs etdik. Bu zaman o, "istəyirəm ki, mənə səhər yeməyi hazırlayasan" dedi. Mən isə imtina etdim. O, içkili olduğundan dostlarından onu aparmalarını xahiş etdim. Korleone isə onlarla getməsəm, mənim üçün pis olacağını söylədi. Mən masama qayıtdım və taksi çağırdım. Bir qədər sonra Maqomed yenə yaxınlaşdı və kobud şəkildə qolumdan tutaraq çıxışa apardı. O, məni ayaqyoluna aparmaq istəyirdi. Ondan xilas olmağa çalışanda saçımdan tutub yerə yıxdı. Mən qalxmaq istəyəndə isə vurmağa başladı".

Teleqraf.com hadisə yerinin foto və videosunu təqdim edir:

Ramal


Müəllif: