14 Aprel 2016 21:48
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ata qızının toyunda dava salıb. Ata həm qızını, həm də təzə bəyi - kürəkənini yaxşıca əzişdirib. Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, dava musiqi sifarişi üstündə olub. Nəticədə oy yarımçıq qalıb, döyülən bəy və gəlin gecəni xəstəxanada keçirməli olublar.

Antaliyada 2015-ci ildə tanış olan Okay və Yağmur toy edərək ailə qurmaq qərarını verib. Toyda Alaniyadan olan kürəkənlə Kayseridən olan gəlinin yaxınları arasında musiqi sifarişi üstündə mübahisə yaranıb. Bunun ardınca dava başlayıb. Ancaq az sonra dava sakitləşib və tərəflər toyu davam etdirib.

Atası tərəfindən döyüldüyü iddia edilən gəlin Antalya Təhsil və Araşdırma Xəstəxanasına, daha sonra polis idarəsinə aparılıb. Cütlük valideynlərindən polisə şikayətçi olub. Gəlin və kürəkənin ifadəsi alındıqdan sonra gəlinin atası da ifadə vermək üçün polisə dəvət edilib. Lakin atanı polis sərbəst buraxıb. Dava zamanı gəlinin göz nahiyəsi qaralıb, kürəkənin isə çənəsi və dodaqlarında izlər meydana gəlib, qaşı partlayıb.

Evlilikdən sonra ilk günlərinin çox mənasız keçdiyini deyən Yağmur əlavə edib ki, ki, baraban və zurna havasına oynaya bilmədiyi üçün normal oyun havası çalınmasını istəyib. O, xınayaxdı zamanı da, buna oxşar hadisənin yaşandığını ifadə edib. Bildirib ki, xınayaxdı mərasimi günü də atası zurna havasına oynamağı israr edib: “Mən atamı qırmamaq üçün israr etmədim. Toyda yoldaşımın dayısı və ailəsi tez getmək istədikləri üçün rəqs etmək istəyirdilər. Bu səbəbdən də, qarışıqlıq yarandı və dava düşdü. Hətta dava toy sarayının kənarına qədər gedib çıxdı. Sonradan tərəflər sakitləşdi və mərasim davam etdi”.

Yağmur daha sonra cütlüyün döyülmə səhnəsi barədə danışıb: “Toydan sonra evimizə getdik. Lakin gecə saatlarında bacım mənə zəng açdı, atamın xəstə olduğunu deyərək bizi evə çağırdı. Həyat yoldaşım təklif etdi ki, getməyək. Mənsə bildirdim ki, söhbət atamdan və onun xəstələnməsindən gedir. Dərhal yoldaşımla birlikdə atamın evinə getdik. Atam bizi bir otağa saldı, yoldaşımın ürəyinə bıçaq dayadı. Bundan sonra həm məni, həm də yoldaşımı döyməyə başladı. Atam evindən çıxdıqdan dərhal sonra polisə gəldik və atamdan şikayət etdik”.

Cabir


Müəllif:

Oxşar xəbərlər