ABŞ-ın Ohayo ştatının Cincinnati şəhər zooparkında öldürülən qorilla ilə bağlı mübahisələr davam edir.
4 yaşlı uşağın qəfəsə düşməsindən sonra 17 yaşlı qorillanın güllələnməsi heyvansevərlərin qəzəbinə səbəb olub. Nəsli kəsilməkdə olan erkək cinsli Haramble adlı qorilla iməkləyərək qəfəsə girən uşağı qucağına götürüb və qəfəsdə gəzdirib.
Qeyd olunur ki, əslində meymuna meyvə verməklə uşağı xilas etmək olardı. Amma izləyicilərin qışqırması meymunu aqressivləşdirib. Qorilla uşağı qorumaq üçün küncə qoyub.
"Haramble üçün ədalət" kampaniyasına başlayan heyvansevərlər uşağın anasının və zopark işçilərinin cəzalandırılmasını tələb edirlər.
Ayxan