Balkan ölkələri sərhədi miqrantların üzünə bağlayandan sonra on minlərlə miqrant Yunanıstanda yaşamaq məcburiyyətində qalıb. Miqrant kişilər pul qazanmaq üçün saatı 2 avroya seks-xidməti göstərməli olurlar.
Teleqraf.com "Sputnik"ə istinadən xəbər verir ki, suriyalı və əfqan miqrantlar yaşamaq üçün arzuolunmaz yola düşməli olurlar.
Əksəriyyəti Afinanın " "red light" kimi tanınan Filis küçəsində çalışan kişilərin bəziləri günə 30 avro qazanırlar. Əfqanıstanlı Abdullah bildirib ki, sərhədlər bağlandıqdan sonra Yunanıstanda qalmalı olublar: "Pul qazanmaq üçün cinayət törətmək və əxlaqsızlıqla məşğul olmaqdan başqa heç bir imkanımız qalmayıb".
Miqrant qadınların fahişəliyə cəlb edilməsi isə artıq geniş xarakter daşıyıb.
Ayxan