27 Aprel 2017 10:57
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

Azərbaycanın Litvadakı səfirliyindən Teleqraf.com-averilən məlumata görə, müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biridir.

Sənəddə Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə basmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanıb.

Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər.

Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilib. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin icra edilməsinə çağırıblar.


Müəllif:

Oxşar xəbərlər