2 May 2017 12:45
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada islamafobiya, antisemitizm baş alıb gedir. Biz bunu Avropa dövlətlərindən olan təşkilatların, siyasi partiyaların mövqeyindən görürük. Telekanallarından da bunu hiss edirdik.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Səməd Seyidov bildirib. Onun sözlərinə görə, AŞPA-nın iclaslarında Türkiyə və Azərbaycana fərqli prizmadan yanaşılır:

“Yaz sessiyası bu ikili münasibətlərin pik həddə olduğunu nümayiş etdirdi. AŞPA-nın Türkiyə haqqında hazırladığı məruzə qəbuledilməzdir. Terror təşkilatı kimi tanınan PKK bu məruzədə görünmür. Bir müddət əvvəl Türkiyədə dövlət çevrilişinə olan cəhd və az öncə keçirilən referendum Avropa Şurası tərəfindən birmənalı qəbul olunmur. Halbuki Türkiyənin Avropa Şurasının qurulması və möhkəmlənməsində əvəzsiz xidmətləri olub. Şuranın Parlament Assambleyası Türkiyəni Avropadan qoparmaq istəyir. Avropa Şurası Türkiyədə baş verən ictimai-siyasi hadisələri, terror aktlarını düzgün qiymətləndirmir. Bu, təəssüfləndirici haldır. Türkiyənin nümayəndə heyəti buna sərt formada etiraz etdi”.

Deputat bildirib ki, AŞPA-da yaranmış vəziyyət Türkiyəyə qarşı qərəzin ifadəsidir:

“Şurada Türkiyəyə qarşı münasibət onun öz daxilində gərginliyin olduğunu göstərdi. Bu qurum vaxtilə Rusiyaya qarşı da bu addımı atmışdı. Avropa Şurasının digər ölkələrdən olan üzvləri Azərbaycan nümayəndə heyətində təmsil olunanların çıxışlarına da ikili standartlarla yanaşırlar. İkili standartlar bu sessiyada o həddə idi ki, AŞPA rəhbərini öz işindən kənarlaşdırmağa cəhd etdilər. Bu, müstəqil formada çıxış etmək istəyənlərə qarşı olan standartdır. Azərbaycan bunu nəzərə almalıdır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər